• HADİSƏ

    17:03 8 dekabr 2019

Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.

2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR