Qusar rayonunda intihara cəhd faktı qeydə alınıb.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çubuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Elnarə Salahova ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan qadın müalicə üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan