Qusarda 51 yaşlı qadın 8 aydır yoxa çıxıb
  • HADİSƏ

  • 15:07 11 Mart 2019

Qusarda 51 yaşlı qadın 8 aydır yoxa çıxıb

Qusar sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan ONA-ya verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. O, ruhi xəstəlikdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070)766-00-03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.         

Hafiz Heydərov

Teqlər: itkin itkin düşüb Qusar

OXŞAR XƏBƏRLƏR