Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 23:03 16 Fevral 2021

Qusarda avtoqəza 850 abonenti qazsız qoyub - FOTO

Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

APA xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər bildirib.

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR