• HADİSƏ

    23:37 7 mart 2019

Qusar sakini vaqonda yanaraq ölüb

Qusar rayonunda yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

ONA-nın şimal bürosunun məlumatına görə, Qusarın Əniğ kənd sakini, 1977-ci il təvəllüdlü Namiq Seydiyev Qusar şəhəri ərazisində daş bazarı adlanan ərazidə vaqonda baş vermiş yanğın nəticəsində yanaraq ölüb.

N.Seydiyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR