• HADİSƏ

    12:45 13 mart 2019

Qusarda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Qusarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 20 radələrində Qusar rayonunun Aladaş kəndi ərazisində rayon sakini Z.Paşayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi C.Ağamuradovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR