• HADİSƏ

    16:43 28 mart 2019

Ramin Quluzadə İraq səfirliyində nekroloq imzalayıb

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan-İraq Birgə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə bu ölkənin Bakıdakı səfirliyini ziyarət edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, nazir 21 mart 2019-cu ildə İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir: “İraqın Mosul şəhəri yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”

Aytən

Teqlər:

SON XƏBƏRLƏR