• HADİSƏ

    11:08 17 aprel 2019

Ramiz Rzayev: "Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2 faiz artıb"

"Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətinə əsasən, ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunub".

ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: "Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub".

R. Rzayev qeyd edib ki, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2 faiz artıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR