• HADİSƏ

    11:43 17 aprel 2019

Ramiz Rzayev: “Ötən il məhkəmələr prokurorluğun verdiyi protestlərin 35 faizini təmin edib”

"Azərbaycanda belə bir yanlış fikir formalaşıb ki, prokuror nə deyirsə, məhkəmə də onu edir. Bu, yanlış fikirdir".

ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, 2018-ci ildə prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib.

R. Rzayev onu da vurğulayıb ki, 2000-ci ildən indiyədək Azərbaycanda baş vermiş cinayətlərin sayında artım müşahidə edilmir.

Ali Məhkəmənin sədri vətəndaşların qərarların həyata keçirilməsində icra məmurlarına problem yaratdıqlarını da qeyd edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR