Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, hadisə zamanı Binəqədi Rayon Polis İdarəsinin İstintaq bölməsinin rəisi Həsrət Aslanov və ekspert Hikmət İbişovun məhkəmədə şahid qismində dindirilməsini istəyib.
Vəsatət təmin edilib.
Proses martın 15-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü Orxan Orucov və sərnişini Rahib Əliyev hadisə yerində ölüblər. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib