Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında növbəti dəfə yanğın baş verib.
APA xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının binada yaşayan ruhi-əsəb xəstəsi tərəfindən törədildiyi deyilir.
Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.
Xatırladaq ki, bu, sözügedən binada qeydə alınmış ilk yanğın deyil, bundan əvvəlki yanğın fevral ayının 20-də qeydə alınmışdı.