• HADİSƏ

    16:53 3 aprel 2019

Heydər Əliyev Sarayının qarşısında 2 avtomobil toqquşub - FOTO

Bakı şəhəri, Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, hadisə Bülbül prospekti ilə Füzuli küçələrinin kəsişməsində, Heydər Əliyev Sarayının qarşısında qeydə alınıb.

“Mercedes” və “BMW” markalı avtomobillər toqquşub. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Hazırda ərazidə nəqliyyatın sıxlığı müşahidə olunur.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR