Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda yanğın baş verən məcburi köçkünlərin məskunlaşdığı binaya baş çəkib.
ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, komitə sədri məcburi köçkünlərlə görüşüb, vəziyyətdə yaxından tanış olub.
Jurnalistlərə açıqlama verən R.Rzayev bildirib ki, hər gün komitəyə yüzlərlə müraciət daxil olur: “Yararsız vəziyyətdə olan binalardakı məcburi köçkünlər mərhələli şəkildə köçürüləcəklər. Bunun üçün qəsəbələr salınır. Bakıda 42 min məcburi köçkün ailəsi yaşayır. Hələlik 810 mənzil tikilib. Ona görə, həmin mənzilləri bölüşdürməkdə çətinlik çəkirik.”.