• HADİSƏ

    18:35 2 sentyabr 2020

Rusiya terror təşkilatının fəaliyyətində iştirak edən Azərbaycan əsilli qadını İnterpol xətti ilə axtarır

Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş qadını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, 1969-cu ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR