İki il əvvəl Rusiyanın Surqut şəhərində qətl törədən Azərbaycan vətəndaşı bu gün Tolyatti şəhərində saxlanılıb.
ONA-nın “ura.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə 2017-ci il yanvarın 31-də Surqutda kafelərin birində baş verib.
Surqutda meyvə-tərəvəz satışı ilə məşğul olan Azərbaycan vətəndaşları Quliyev və Zeynalov arasında meyvə-tərəvəz satışı sahəsində rəqabətlə bağlı münaqişə yaranıb, onlar dalaşıb. sonra Quliyev avtomobilindən silah götürüb, Zeynalovun olduğu kafeyə gəlib və onu güllələyib. Daha sonra Quliyev hadisə yerindən qaçıb və indiyə qədər axtarışda olub.