• HADİSƏ

    10:38 14 aprel 2019

Azərbaycanda 300 min dollara yaxın pul mənimsəmiş şəxs Rusiyada saxlanılıb

Azərbaycanda 300 min dollara yaxın pul mənimsəmiş şəxs Rusiyada saxlanılıb.

ONA-nın “news-r.ru” saytına istinadən verdiyi məlumata görə, Kabardin-Balkar Respublikasının Leskensk rayon Prokurorluğu Urux federal sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşının saxlanması faktı üzrə yoxlama aparıb.

Azərbaycanda həmin şəxs barədə 284 min dollar məbləğində dələduzluq faktına görə qiyabi həbs qərarı verilib və beynəlxalq axtarışda olub. Leskensk rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında həmin şəxsin saxlanılması barədə qərar çıxarıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR