Rusiyada 33 yaşlı Azərbaycanlı qadın əri tərəfindən döyülüb. Onun aldığı ağır xəsarətlər sonradan ölümünə səbəb olub.
ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə mart ayının sonlarında Rusiyanın Amur vilayətinin Xabarovsk şəhərində baş verib.
Həmin şəhərdə yaşayan və əslən Masallı rayonunun Xallıcallı kəndindən olan 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı həyat yoldaşı Quliyev Nazim Mahmud oğlu tərəfindən döyülərək öldürülüb. Bu baradə, mərhumun qardaşı Zamiq Mirzəyev məlumat verib.
Z.Mirzəyevin sözlərinə görə, bacısı döyüldükdən sonra mart ayının 26-da, ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. Ailəsi İ.Quliyevanın cansız bədənini aprelin 4-də təhvil alib, məhkəmə tibb müayinəsindən sonra isə dünən axşam dəfn ediblər.
Faktla bağlı cinayət işinin başlanıldığı bildirilir.
Tural Kərimov