Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb.
APA “TASS”-a istinadən xəbər ki, bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.
“İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb.
Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır.