Rusiyada ikili vətəndaşlığı sübuta yetirilən azərbaycanlı hakimin səlahiyyətləri əlindən alınıb.
ONA “Novosti Volgograda"ya istinadən xəbər verir ki, bu gün Hakimlər Kollegiyasında qəbul edilən qərarla Volqoqrad şəhərinin Kletski rayon Məhkəməsinin hakimi Rəşad Həsən oğlu Nəbiyevin səlahiyyətlərinə xitam verilib.
Bildirilir ki, nə Rəşad Nəbiyev, nə də onun nümayəndəsi kollegiyanın iclasında iştirak etməyib.
Qərar artıq qüvvəyə minib, lakin 10 gün ərzində apelyasiya şikayəti verilə bilər.
Rəşad Nəbiyev 6 ildir bu vəzifəni tutur.
Qeyd edək ki, Rəşad Nəbiyev Volqoqrad vilayət Dumasının keçmiş deputatı-milyonçu Həsən Nəbiyevin oğludur.