Rusiyada iki minik avtomobili toqquşub, ikisi azyaşlı olmaqla, 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 12.00 radələrində Kemerov vilayətində R-255 federal magistralının 354-cü kilometrində baş verib.
“Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və “Kia” markalı minik avtomobilinin yoluna çıxıb. Qəza nəticəsində sürücülər, o cümlədən “Hyundai” markalı avtomobildə olan 12 yaşlı oğlan və 17 yaşlı qız ölüb. Qəzada ağır xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.