• HADİSƏ

    14:38 26 mart 2019

Rusiyada valyutadəyişmə məntəqəsinə hücum edən azərbaycanlı saxlanılıb

Rusiyada 2017-ci ildə valyutadəyişmə məntəqəsinə basqında iştirak etməkdə və qətldə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

ONA-nın Glavnayatema.com saytına istinadən verdiyi məlumata görə, hadisə Smolenskdə baş verib.

2017-ci il oktyabrın 24-də səhər Kaşen küçəsində valyuta mübadiləsi ilə məşğul olan şəxsə iki nəfər hücum edərək, onu bıçaqlayıb. Cinayətkarlar 400 min rubl da götürərək, hadisə yerindən qaçıblar. Bıçaqlanan şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hücumda iştirak edən şəxslərdən biri postsovet ölkələrinin birində saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxsin Azərbaycan vətəndaşı olduğu və Rusiyaya ekstradisiya edildiyi barədə məlumat yayıb. Artıq ona qarşı ittiham elan edilib və məhkəmə barəsində həbs qərarı çıxarıb.

Valyutadəyişmə məntəqəsinə hücumda iştirak edən ikinci şəxs hələ də axtarışdadır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR