• HADİSƏ

    15:06 18 mart 2019

Beş ildir axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb

Rusiyanın Penza vilayətində 29 yaşlı Özbəkistan vətəndaşı və 50 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

ONA xəbər verir ki, bu barədə Penzavzglyad.ru saytı məlumat yayıb.

Bildirilir ki, Özbəkistan vətəndaşı 2007-ci ildən ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən axtarışda idi. On iki il öncə o, Daşkənddə taksi sürücüsünə qarşı quldurluq etdikdən sonra hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin Bölgə İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxs bir neçə ay Penzanın Dəmiryolu rayonunda yaşayıb.

Azərbaycan vətəndaşı isə polis tərəfindən dələduzluqda ittiham olunur. O, 2014-cü ildən Azərbaycan polisi tərəfindən axtarışdadır.

Qeyd edək ki, hazırda hər iki saxlanılan şəxsin ölkələrinə göndərilməsi üçün işlər görülür.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR