Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi işləmiş Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həkim apelyasiya şikayəti verib.
Qeyd edək ki, Ə. Əliyevə Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə cinayət işi açılıb.