• HADİSƏ

    15:57 18 mart 2019

Rüşvət verməyə təhrik edən universitet müəlliminin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı martın 27-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü T.Paşayev saxlanılıb. Məlumata görə, T.Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Onunla eyni ittiham üzrə təqsirləndirilən A.Hacıyeva isə Bakıda əvvəllər universitet müəlliməsi olub. Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Teqlər:

SON XƏBƏRLƏR