• HADİSƏ

    02:47 1 aprel 2019

S7 aviaşirkətinin rəhbəri aviaqəzada ölüb

Rusiyanın S7 aviaşirkətinin rəhbəri Natalya Filyova Almaniyada baş verən təyyarə qəzasında həlak olub.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, hadisə Frankfurt yaxınlığında baş verib. “Epic-LT” markalı şəxsi təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.

Hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün komissiya təşkil edilib.

Rusiyanın “Roskosmos” dövlət şirkətinin rəhbəri Dmitriy Roqozin artıq ölənlərin yaxınlarına başsağlığı verib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR