• HADİSƏ

    22:07 3 sentyabr 2019

Saatlı sakini Bakıda qətlə yetirilib

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, rayon ərazisində 1976-cı il təvəllüdlü Saatlı rayon sakini İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR