Saatlı sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Saatlı rayon mərkəzində baş verib.
Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Abasov Böyükxan Yaşar oğlu tanışı ilə aralarında yaranan mübahisə zəminində bıçaqlanıb. B.Abasov üz nahiyəsindən, arteriya damarından və bədəninin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan xəstəxanasına yerləşdirilib. Çoxlu qan itirən yaralının vəziyyəti ağır olduğundan respublika eksperimental xəstəxanasına aparılıb.
Onun kim tərəfindən bıçaqlanması və hadisənin təfərrüatları aydınlaşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.