• HADİSƏ

    00:41 2 iyun 2019

Saatlıda 82 yaşlı kişi özünü asıb

Saatlı rayonunun Qaralar kəndində intihar hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında həmin kəndin sakini, 82 yaşlı Əhədov Əbdülhəsən Abduləli oğlu özünü tövlədən asaraq intihar edib.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR