• HADİSƏ

    22:45 11 iyun 2019

Saatlıda ağır avtoqəza olub, ata və iki oğlu xəsarət alıb

Saatlı rayonunda baş verən avtoqəzada ata və 2 oğlu xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 21:30 radələrində Saatlı şəhərinin mərkəzində baş verib.

"VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə birincinin sürücüsü 1975-ci il təvəllüdlü Şirinov Zahir Əmirxan oğlu və onun iki oğlu - 2005-ci il təvəllüdlü Aqşin Şirinov və 2004-cü il təvəllüdlü Sübhan Şirinov müxtəlif dərəcəli xəsarətlər alaraq Saatlı rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR