Saatlıda ana və körpəsi doğuş zamanı ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Doğum Evində doğuş zamanı rayonun Nəsimi kənd sakini, 1991-ci il təvəllüdlü Bəkirova Səkinə Əziz qızı və körpəsi ölüb.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.