• HADİSƏ

    22:39 5 mart 2020

Saatlıda baş verən yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb

Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Daewoo” markalı 30-BH-165 dövlət nömrə nişanlı avtomobil Saatlı-İmişli yolunda Saatlı şəhər sakini, 1945-ci il təvəllüdlü Həsənova Həqiqət Soltan qızını vurub. Ağır kəllə-beyin travması alan yaralı əvvəlcə Saatlı rayon xəstəxanasına çatdırılıb, daha sonra Şirvan Şəhər Diaqnostika Mərkəzinə aparılarkən yolda keçinib.

Digər hadisə Saatlı Olimpiya Kompleksini yaxınlığında baş verib. “Mitsubishi” markalı 99-SV-796 dövlət nömrə nişanlı avtomobil “QAZ 24” markalı 40-BK-616 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə “Mitsubişi” markalı avtomobildə olan 11 aylıq Uğur Şəmmədov hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR