• HADİSƏ

    14:07 31 may 2019

Saatlıda qonşusu tərəfindən döyülən qadın özünü yandırıb

Saatlıda qonşular arasında dava olub.

ONA-nın məlumatına görə, hadisə rayonun Çolpu kəndində qeydə alınıb. Kənd sakini Qumru Abdullayeva qonşusu Ehtiram Qasımovla əlbəyaxa dava edib. Dava zamanı Qumru Abdullayeva döyülüb. Bu zaman qadın üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə o ağır yanıq xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR