• HADİSƏ

    00:23 19 may 2020

Saatlıda yük avtomobili ruhi xəstəni vurub

Saatlı rayonunda piyadanı avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Saatlı rayonunun Çolpu kəndində qeydə alınıb.

“QAZel” markalı yük avtomobili yolda hərəkət edən Çolpu kənd sakini, 1954-cü il təvəllüdlü Hüseynov Əlimirzə Çingiz oğlunu vurub. Baş nahiyəsindən xəsarət alan ruhi xəstə Saatlı rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR