• HADİSƏ

    08:54 16 iyul 2019

Sabirabad mərkəzi bazarında baş vermiş yanğının qarşısı alınıb - FOTO - YENİLƏNİB

Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.

ONA-nın Mil-Muğan bürosu xəbər verir ki, yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.

Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.

***

Saat 07:34

Sabirabad rayonunda güclü yanğın başlayıb.

ONA-nın məlumatına görə, hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.

Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR