Bu gün səhər saatlarında Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlu fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Səfərovun 3 övladı var.