Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Qurbanxan oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu - 2006-cı il təvəllüdlü Bürxanov Seyidəli Məmmədili oğlu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.