Fövqəladə Hallar Nazirliyi Sabirabad sakininin kanala düşməsi ilə bağlı məlumat yayıb.
ONA nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.
***
12.38
Sabirabad sakini intihar edib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Qalaqayın kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu özünü su kanalına atıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.