Sabirabad sakini qonşusu tərəfindən güllələnib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əhmədabad kənd sakini, 1993-cü il təvıllüdlü Səftərov Nurlan Əlisəftər oğlu ayağından aldığı güllə və əlindən aldığı bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasına daxil olub.
Qeyd edilir ki, adıçəkilən şəxs Qüdrət adlı şəxs tərəfindən güllələnib. Münaqişəyə səbəb torpaq münaqişəsi olub.
Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.