Sabirabadda 23 yaşlı gənc intihar edib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, intihar hadisəsi Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu yaşadığı həyətdə özünü əncir ağacından asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb.