• HADİSƏ

    11:35 24 may 2019

Sabirabadda 49 yaşlı kişi su kanalında boğulub - YENİLƏNİB

Sabirabadda balıq tutarkən ölən şəxsin suda boğulduğu məlum olub.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, Elmir Əliyevin balıq tutarkən kanala düşdüyü və nəticədə suda boğularaq öldüyü müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

***

23 may, saat 22:30

Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.

ONA-nın yerli bürosundan verilən məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR