Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.
ONA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, rayonun Moranlı kəndində baş vermiş yanğın zamanı ümumi sahəsi 270 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 180 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.