Sabirabad rayonunda at arabasını vuraraq hadisə yerindən yayından sürücü tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, mayın 3-də Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməyən avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.
Nəticədə V.Əkbərov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Xəsarətlə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.