• HADİSƏ

    00:37 8 mart 2019

Sabirabadda avtomobil mağazaya girib, bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi olub.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə martın 7-di gecə saatlarında Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb.

BMW markalı, 90 HR 492 dövlər nömrə nişanlı avtomobil böyük sürətlə hərəkət olarkən mağazaya çırpılıb.

Nəticədə avtomobildə olan, rayonun Şıxlar kənd sakinləri, 1973-cü il təvəllüdlü Əlyev Mehman Akif oğlu ölüb, 1984-cü il təvəllüdlü Əhmədov Emin Eldar oğlu isə ağır kəllə-beyin travması alıb. O, Bakı şəhərinə xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi araşdırma aparır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR