• HADİSƏ

    17:12 1 iyun 2019

Sabirabadda avtomobil kollektora aşıb

Sabirabad rayonunda minik avtomobili kollektora aşıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaragüney kəndində “Hyundai Sonata” markalı 90 CL 095 dövlət nömrə nişanlı avtomobil kollektora aşıb. Nəticədə sürücü 1997-ci il təvəllüdlü Şirvan sakini Babayev Əlisafa Taleh oğlu və sərnişin 1997-ci il təvəllüdlü Şirvan sakini Mirzəyev Seyidrza Rafiq oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR