• HADİSƏ

    21:13 25 dekabr 2020

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Suqovuşan kənd sakini, 1988-ci il təvəllüdlü Əhmədov Elşad Eldar oğlu idarə etdiyi “Mercedes” markalı 54 BX 250 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Kürkəndi kənd sakini, 1939-cu il təvəllüdlü Əhədov Əliheydər Saday oğlunu vurub.

Nəticədə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən piyada aldığı kəllə-beyin travmasından keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR