• HADİSƏ

    01:05 19 fevral 2021

Sabirabadda avtoqəza olub, xəsarət alanlar var - FOTO

Sabirabad rayonunda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlfəli kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı minik maşınının toqquşması nəticəsində 4 nəfər - Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğlu, Yenikənd kənd sakini, 2002-ci il təvəllüdlü Mikayılov Səxavət Səfər oğlu, Şəhriyar kənd sakini, 1991-ci il təvəllüdlü Muxtarzadə Muxtar Əlövsət oğlu və Sabirabad şəhər sakini, 1992-ci il təvəllüdlü Tağıyev Musa Elman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR