Sabirabadda bıçaqlanan şəxs dünyasını dəyişib.
ONA-nın məlumatına görə, bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü Muradov Həsən Əsgərxan oğlu vəziyyəti ağırlaşdığından Bakıya yola salınıb.
Ancaq o, yolda həyatını itirib.
Faktla əlaqədar rayon Prokurorluğu araşdırmalara başlayıb.
***
22.03.2019
Saat 23:18
Sabirabad rayon sakini həmkəndlisini bıçaqlayıb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, məişət zəminində Sabirabad rayonunun Qalağayın kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Cavid Gülbala oğlu, həmkəndlisi, 1980-ci il təvəllüdlü Muradov Həsən Əsgərxan oğlunu bıçaqlayıb.
Sonuncu qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Sabirabad rayon xəstəxanasına yerləşdirliərək əməliyyat olunub. Əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.