• HADİSƏ

    08:29 4 iyul 2019

Sabirabadda çobanın meyiti aşkar edilib

Sabirabadda intihar hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Sarıcalar kəndində qeydə alınıb. Səhər saatlarında kənddə yerləşən fermalardan birindən çobanın asılmış vəziyyətdə meyiti aşkar olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çəlb olunub. İntihar etmiş şəxsin adı və intiharın səbəbləri aydınlaşdırılır.

Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR