• HADİSƏ

    11:03 15 avqust 2019

Sabirabadda iki maşın toqquşub, ölənlər və xəsarət alanlar var - FOTO

Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, KİA və "QAZ-24" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-24"-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və KİA-nın sərnişinlərindən İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Əliyev Sərxoş Əlizadə oğlu ölüb.

KİA-nın sürücüsü, İmişli rayonunun Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu və sərnişinləri, İmişli rayon sakini Dövlətov Nicat İbadulla oğlu (1987), Sabirabad Mərkəzi Rayon Xəstəxanasına, İmişli rayonu Xəlfəli kənd sakini, 2000-ci il təvəllüdlü Novruzov Haqverdi Seyran oğlu və rayonun Hacalmuradlı kənd sakini, 1961-ci il təvəllüdlü Muradova Səmayə Balaxan qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Yol qəzasının təfərrüatları araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR