• HADİSƏ

    09:14 5 may 2019

Sabirabadda “Mercedes” aşıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün Sabirabad rayonunun Xankeçən kəndində “Mercedes” markalı minik avtomobili aşıb.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1984- cü il təvəllüdlü Sabirabad şəhər sakini Fərzəliyev Saməddin İbrahim oğlu ölüb

Qəzada 1964-cü il təvəllüdlü Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı isə yaralanıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR